İsmayıllıda tədris ilinin başladığı ilk gün bədbəxt hadisə yaşanıb.
Viral.az modern.az-a istinadla xəbər verir ki, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb.
Məktəblinin əmisi saytımıza açıqlamasında bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb:
Son Yazılar:
- “Nyukasl” 70 ildən sonra kubok qazandı
- Zelenski orduya yeni baş qərargah rəisi təyin etdi
- Trampın milli təhlükəsizlik üzrə müşaviri Uolts Hikmət Hacıyevlə DANIŞDI
“İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb”.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.