“Euronews” televiziyası Azərbaycanın sənaye zonalarının fəaliyyəti ilə bağlı süjet hazırlayıb.
Viral.az xəbər verir ki, süjetdə İqtisadi Zonaların İnkafı Agentliyinin sədr müavini Emin Hacıyevin fikirlərinə də yer verilib.
Emil Hacıyev Azərbaycanın sənaye zonalarının iqtisadiyyatın şaxələndirilməsinə necə töhfə verdiyini izah edib. Belə ki, vergi güzəştləri, infrastruktur və ixrac potensialı təklif etməklə bu zonalar qeyri-neft istehsalının 17%-ni və qeyri-neft ixracının 25%-ni təşkil edir.
Son Yazılar:
- Soğan yemək üçün 8 SƏBƏB
- Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ
- “Nyukasl” 70 ildən sonra kubok qazandı
20 min iş yerinin yaradılmasını nəzərdə tutan təşəbbüs idxaldan asılılığı azaltmaq və qlobal ticarət əlaqələrini gücləndirmək məqsədi daşıyır. Emil Hacıyev yaşıl enerjinin inteqrasiyası üzrə səylərdən də danışıb. O vurğulayıb ki, bu, Azərbaycan sənayesinin davamlı böyüməsinə və bazarlara çıxışın genişlənməsinə kömək edir.