Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat aldı

FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

 

Viral.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Son Yazılar:

 

O, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək.

 

C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.

 

Qeyd edək ki, Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.