Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub.
Viral.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Federiko Valverdenin İngiltərənin “Mançester Siti” komandasına vurduğu qol ən yaxşı seçilib. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.
Son Yazılar:
- 5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT
- Buzlu suda çimmək faydalıdırmı? – ARAŞDIRMA
- B vitamininin faydaları və ÇATIŞMAZLIQLARI
Turnirin 1/4 final mərhələsinin ilk matçına təsadüf edən həmin qarşılaşma bol qollu heç-heçə ilə yekunlaşıb – 3:3.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniya təmsilçisi “Borussiya Dortmund”a 2:0 hesabı ilə qalib gələrək tarixində 15-ci dəfə bu titulun sahibi olub.