İranda iyunun 28-də keçirilməsi planlaşdırılan növbədənkənar seçki yarışına rekord sayda iştirakçı qoşulub.
Viral.az xəbər verir ki, İran Seçki Şurasının sözçüsü Məhəmməd İslami bazar ertəsi günortadan sonra deyib:
“Bu gün ən sıx qeydiyyat gününü yaşadıq, 86 nəfər ölkənin seçki qərargahına müraciət edib, onlardan 22 nəfəri qeydiyyatdan keçib. Bunlardan 1 nəfəri qadın, 21 nəfəri isə kişidir”.O əlavə edib ki, qeydiyyat prosesi bu gün saat 18:00-a qədər davam edəcək və son tarix uzadılmayacaq.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Beləliklə, ümumilikdə prezidentliyə namizədliyi irəli sürülən 50-dən çox siyasətçinin qeydiyyatdan keçdiyi bildirilir.
İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Prezidentliyə iddialılar arasında xeyli tanınmış sima var. Məsələn, ölkənin keçmiş prezidenti Mahmud Əhmədinejad onlardan biridir.
Mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili, parlamentin keçmiş rəhbəri Əli Laricani, Mərkəzi Bankın keçmiş rəhbəri Abdolnaser Hemmati, Tehran meri Əlirza Zəkani də tanımış simalar sırasına daxildir.
Bundan başqa, prezident seçkilərində iştirak etmək üçün İran ali rəhbərinin nümayəndəsi Səid Cəlili və ruhani lider administrasiyası rəhbərinin keçmiş müavini Vahid Haqanian da unudulmamalıdır.
İyunun 4-dən etibarən namizədliyini irəli sürənlərin səndləri araşdırılacaq.
Növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.