Rəisinin səlahiyyətlərini icra edən şəxs prezidentliyə namizədliyini irəli sürməyəcək

İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Mohber qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

 

Viral.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumatı yayıb.

Son Yazılar:

 

Bildirilib ki, tərəfdarları onu seçkidə namizədliyini irəli sürməyə çağırsa da, o bundan imtina edib. Bunun səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, mayın 30-dan iyunun 3-dək prezidentliyə namizədliyə iddiaçıların müraciətlərinin irəli sürməsi iyunun 3-də yerli vaxtla saat 18:00-da başa çatır. İyunun 28-də prezident seçkisi günüdür.