Peycerlərin partlayışı nəticəsində 12 nəfər ÖLDÜ

Livanda peycerlərin partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Viral.az xəbər verir ki, bu sözləri Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad deyib.

Onun sözlərinə görə, ölənlərin arasında uşaq da var.

Son Yazılar:

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 4 min nəfər yaralanmışdı. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.