Sentyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Xəzəryanı dövlətlərin diplomatik nümayəndəliklərinin rəhbərləri arasında illik görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Viral.az Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ənənəvi olaraq görüş Beynəlxalq Xəzər dənizi Gününə həsr olunub.
“Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” formatında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Türkmənistanda keçiriləcək növbəti görüşünə hazırlıqla bağlı geniş məsələlər dairəsi üzrə maraqlı fikir mübadiləsi aparılıb”, – nazirlik qeyd edib.
Son Yazılar:
- Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu məktəb direktorları vəzifələrindən azad EDİLƏCƏK
- Tovuzda dəhşətli qəzada yaralanan yeniyetmə də ÖLDÜ