Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı məğlub edən “Dinamo” baş məşqçi Sergey Yakiroviçlə bağlı qərar verib.
Viral.az xəbər verir ki, Zaqreb təmsilçisi bosniyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Son Yazılar:
- Vüqar Qurbanov onu işdən çıxardı
- İkinci sinif şagirdi vəfat ETDİ
- Şampunlardakı gizli təhlükə: Ürəkdə aritmiya yaradır
Qeyd edək ki, “Dinamo” Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda səfərdə “Bavariya”ya 2:9 hesabı ilə məğlub olub.