Azad edilən ərazilərdə vəkil büroları açılacaq

İşğaldan azad olunmuş ərazilərdə yeni vəkil bürolarının yaradılması əsas məsələlərdən biridir.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə olan açıqlamasında deyib.

 

“Hazırda Qarabağ regionunda müasir vəkil büromuzun fəaliyyət göstərməsi niyyətindəyik. Hüquq-mühafizə orqanlarının fəaliyyət göstərdiyi bölgədə mütləq vəkil bürosu da fəaliyyət göstərməlidir. Aidiyyəti dövlət orqanları ilə danışıqlara keçmişik. Ümid edirəm ki, bu problem də öz həllini yaxın günlərdə tapacaq”, – deyə Anar Bağırov bildirib.