İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Vardanyan olub.
Son Yazılar:
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq: Detallar AÇIQLANDI
- Şirvanda ana və qızı həbs EDİLDİ
- Xalq artistinin evini almaq üçün növbə yarandı
Viral.az xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-İran əlaqələrinin möhkəmlənməsi” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, çirkli pulların yuyulması ilə də məşğul olan Vardanyan mütəşəkkil cinayətkar təşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusiyanın vətəndaşlığından imtina edib. Bununla da mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Rusiyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simalarından olub. Müəllif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırda Azərbaycanda həbsdə saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərəfindən sanksiyaya məruz qalması faktına da diqqət çəkib.
Həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzəçilərin iştirakı ilə müxtəlif ölkələrdə tədbirlər təşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistan münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib. Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayan Vardanyan bəyan edib ki, İran ermənilərin Qarabağ uğrunda mübarizəsində erməni xalqının naminə deyil, öz maraqları naminə iştirak etməlidir. Müsahibədə İrəvandakı Azərbaycan tarixi-mədəni irsinin abidəsi Göy məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb.
Sonda müəllif Vardanyanın ədalətli şəkildə mühakimə olunaraq qanuni cəzasını alacağına ümidini ifadə edib