Qəzzada ölənlərin sayı 41 431 nəfərə ÇATDI

Qəzzada son sutkada 40 fələstinli ölüb, 58 nəfər yaralanıb.

Viral.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 41 431 nəfərə, yaralananların sayı 95 818 nəfərə çatıb.

Son Yazılar:

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb