Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Viral.az-a verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onlar ötən gün balans hərəkətlərdə birinci yeri tutublar.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci sırada qərarlaşıb.