Almaniyanın qərbində Bonn yaxınlığındakı yaşayış binasının girişində baş verən partlayış həftənin əvvəlindən regionda üçüncü belə hadisədir.
Viral.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışda heç kim xəsarət almayıb.
Hadisə Bonnla həmsərhəd olan və Köln inzibati ərazisinə daxil olan Vaxtberq icmasında baş verib. İlkin məlumatlara görə, söhbət aşağı gücə malik partlayıcı qurğudan gedir.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Şübhəlilərin axtarışı hələ ki, heç bir nəticə verməyib. Polis ehtimal edir ki, hadisə bu həftə Kölndə baş verən partlayışlarla əlaqəlidir.
Hüquq-mühafizə orqanları insidentlərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Niderland mütəşəkkil cinayətkar qruplarının əli ola biləcəyini düşünür.