Müxalifət liderindən növbəti çağırış – “Hara gedəcəyimizi söyləməyəcəyəm”

Ermənistanda müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını çərşənbə axşamı saat 10:30-da İrəvanın mərkəzinə toplaşmağa çağırıb.

Bu barədə Viral.az “TASS”a istinadən xəbər verir.

“Sabah saat 10:30-da biz burada, Müqəddəs Anna kilsəsinin həyətində toplanırıq, hara gedəcəyimizi söyləməyəcəyəm, amma bugünkü görüş yeri maraqlıdır, ona görə də bütöv bir ordu topladıq”, – arxiyepiskop bildirib.

Son Yazılar:

Qeyd edək ki, müxalifət hərəkatının lideri Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

(redaktor.az)