ABŞ xarici agentlər haqqında qəbul edilmiş qanuna görə Gürcüstana qarşı viza məhdudiyyətləri tətbiq edəcək.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
O vurğulayıb ki, Vaşinqton qanun layihəsinin Gürcüstan parlamenti tərəfindən qəbul ediləcəyi təqdirdə tərəddüd etmədən tədbirlər görəcəyini açıq şəkildə bəyan edib.
Son Yazılar:
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
O vurğulayıb ki, Amerika tərəfi məhdudiyyətlərin tətbiqi vaxtı ilə bağlı hələ qərar verməyib.
Xatırladaq ki, bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Tbilisi xarici agentlər haqqında qanunun qəbulu ilə ölkə suverenliyini və təhlükəsizliyini qoruyub saxlaya bildiyi üçün “pis niyyətlilər” üzərində qələbə qazanıb.
İyunun 3-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini imzalayıb və qüvvəyə minib.
Qanuna əsasən, maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və media qurumları “xarici gücün maraqlarını təşviq edən təşkilat” kimi qeydiyyatdan keçməlidir. Bundan başqa, belə QHT və KİV-lərdən hər il Maliyyə Nazirliyinə gəlir və xərc bəyannaməsi təqdim etmələri tələb olunacaq.
(redaktor.az)