Vaşinqton administrasiyası HƏMAS lideri Yəhya Sinvarı girovların azad edilməsi və Qəzzada atəşkəsin əldə edilməsinə dair razılaşmaların reallaşmasında əhəmiyyətli maneə hesab edir.
Viral.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Aydındır ki, cənab Sinvar razılaşma yolunda əsas maneə olaraq qalır və o, əlbəttə ki, son həftələr ərzində yaxşı niyyətlə irəliləməyə hazır olduğunu sübut etmək üçün heç nə etməyib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
O, şübhəsiz ki, əsas maneədir”,- o bildirib.
Kirbi əlavə edib ki, son bir-iki həftə ərzində heç bir irəliləyiş əldə olunmayıb.