Yeni dələduzluq: Ev telefonlarına zəng edib…

Bakıda ahıl yaşlı xanıma zəng edərək nəvəsinin səs tonu ilə danışıb 16 min dollar istəyiblər

Viral.az xəbər veir ki, Bakı şəhər sakini Kəvakib Qasımovanın sözlərinə görə, o, edilən zəngə inanıb və çox həyəcan keçirib.

Ailənin digər üzvləridən biri telefonu götürərək məsələni aydınlaşdırmaq istəyib. Bir müddət danışdıqdan sonra onların dələduz olduğunu anlayıb.

Son Yazılar:

Hadisə zamanı evdə internet işləməyib. Vətəndaşlar iddia edir ki internet xidmətini dayandıran məhz həmin kiberdələduzlar olub. Hadisədən sonra aidiyyəti qurumun müdaxiləsi nəticəsində xidmət bərpa edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, son zamanlar kiberdələduzlar vətəndaşlar haqqında məlumat məlumat toplayaraq onlardan istifadə edirlər.

Nazirlikdən o da qeyd edildi ki, vətəndaşlar bu cür hallarda daha diqqətli olmalı və tanımadığı insanlara inanmamalıdır.