Bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Yarışa çox yaxşı hazırlaşmışdım. Əlimdən gələni etdim ki, lisenziya əldə edim. Arzuma çatdığım üçün xoşbəxtəm.

 

Viral.az xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.

Son Yazılar:

 

92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarışda dünya ölkələrin ən güclü idmançıları mübarizə aparıb: “Hər döyüşə psixoloji olaraq hazırlaşmışdım. Bütün görüşlərdə müəyyən qədər çətinliklər oldu. Amma buna baxmayaraq, turnirdə ən böyük rəqibim elə özüm idim”.

 

İdmançı Paris Olimpiadasında gözləntilərini də açıqlayıb: “2020-ci ildə keçirilmiş Tokio Olimpiya Yay Oyunlarında bürünc medal əldə etmişdim. Çalışacağam ki, Parisdə bunu qızıl mükafata çevirim. Həm özümə, həm komandama inanıram. Əminəm ki, Fransanın paytaxtından yaxşı nəticələrlə dönəcəyik”.

 

Qeyd edək ki, bundan başqa Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.