Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ-nin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə telefonla Türkiyə-Amerika münasibətləri, İsrailin Qəzza zolağında davam edən hücumları, Ukraynadakı vəziyyəti və regional məsələləri müzakirə edib.
Viral.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bundan əlavə, Kılıç və Sallivan xüsusilə PKK, FETÖ təşkilatı və Türkiyədə qadağan olunmuş “İslam Dövləti” terror qruplaşması ilə mübarizədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Son Yazılar:
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
(redaktor.az)