İlin sonuna qədər Xankəndidə növbəti məktəbin açılması gözlənilir.
Viral.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, bu gün Xankəndidə 500-dən çox şagird məktəbə gedir: “Amma növbəti həftələrdə bu say daha da artacaq, çünki biz növbəyə yazılan şagirdləri görürük. Ehtimal edirik ki, ilin sonunadək ikinci məktəbin açılması istisna deyil”.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Emin Əmrullayev Qarabağ Universitetində Tibb fakültəsi və ali səviyyədə tibb bacısı ixtisasının açılmasının planlaşdırıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, elmi-tədqiqat yönümlü xəstəxana ilə universitetin Tibb fakültəsinin birgə əməkdaşlıq etməsi gözlənilir. Bundan əlavə, Xocalı şəhərində Kənd təsərrüfatı elmləri fakültəsinin təxminən 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır (Azərtac).