Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel ilə görüşüb.
Bu barədə Viral.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə, Azərbaycan və Lüksemburq arasında ikitərəfli əlaqələrin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Son Yazılar:
- “Araz-Naxçıvan” “Turan Tovuz”a qalib GƏLDİ
- Milli Məclisin növbəti iclaslarında müzakirə ediləcək məsələlər AÇIQLANDI
- Bu məşhur 10 milyona bığını qırxmaq təklifindən imtina etdi
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı və mövcud problemlər barədə məlumat verib.
Ermənistan Konstitusiyasında Azərbaycana qarşı davam edən ərazi iddialarının sülh əldə edilməsinə əsas maneə olduğu vurğulanıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün mövcud perspektivlərdən istifadənin vacibliyi qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.