Rusiyanın Primorsk diyarında bağ evində ayı iki kişiyə hücum edərək parçalayıb.
Viral.az xəbər verir ki, bu barədə məlumatı “Amur Mash” teleqram kanalı yayıb.
Məlumata görə, ayı daha sonra Luçeqorskda sahibsiz heyvanlar üçün sığınacaqda 30-a yaxın iti parçalayıb.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
Ayının axtarışları ilə bağlı prosesə polis və Milli Qvardiyanın əməkdaşları cəlb edilib. Vəhşi heyvan sözügedən ərazidə məktəb yaxınlığında vurulsa da, yaralı halda qaçıb.
Hazırda ayının tapılması istiqamətində işlər davam etdirilir. Təhlükəsizlik baxımından əhaliyə Luçeqorskun birinci və ikinci mikrorayonlarına səfər etmək qadağan edilib (qafqazinfo.az).