2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura start verilib.
Viral.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçirilib. “Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-un öhdəsindən gəlib.
Son Yazılar:
- Dekabrın bu 4 günü ilə bağlı XƏBƏRDARLIQ – Vacib işləri təxirə salın
- Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru oldu
- Türkiyədə güclü zəlzələ oldu – Dağıntı və tələfat…
İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni üstələyə bilməyib.
“Qarabağ” klubunun rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın AZ klubuna uduzub. “Budyo-Qlimt” (Norveç) isə evdə, azlıqda qalmasına baxmayaraq, “Portu”dan (Portuqaliya) üstün olub.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
AZ (Niderland) – “Elfsborq” (İsveç) 3:2
“Budyo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) 3:2
“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) 1:1
“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1
“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3
“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Çexiya) 0:2
“Midtyullann” (Danimarka) – “Hoffenhaym” (Almaniya) 1:0
“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) 1:1
“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.