Bayden Ukraynaya 375 milyon dollar məbləğində hərbi yardım AYIRDI

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 375 milyon dollar məbləğində hərbi yardım ayırmaq haqqında sərəncam verib.

Viral.az xəbər verir ki, bu barədə Ağ evin bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, Amerika lideri ölkənin dövlət katibi Antoni Blinkenə “müdafiə məhsulları”, habelə ümumi dəyəri 375 milyon dollar olan “Ukraynaya yardım məqsədilə hərbi hazırlıq və təlimlər” daxil olmaqla ABŞ Müdafiə Nazirliyinin xidmətlərini təmin etmək səlahiyyəti verib.

Son Yazılar: