Rumıniya Prezidenti Klaus İohannis və Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Son Yazılar:
- “Temu”dan şikayətlər ARTIR: Aldanmamaq üçünnələrə diqqət etməliyik?
- Azərbaycanda bu şəxslər yüksək vəzifələrini itirdilər – ADLAR
- Məşhur müğənni 18 yaşındakı fotosunu paylaşdı – İzləyicilər böyük maraqla qarşıladı
Həmsöhbətlər regionda kommunikasiyaların açılması məsələsini də müzakirə ediblər.
Ermənistan və Avropa İttifaqı arasında qarşılıqlı fəaliyyət məsələsinə toxunulub, həmçinin Ermənistan-Rumıniya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.