Üç ölkənin Gürcüstanda hərbi təlimi başa ÇATDI

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.

Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

Son Yazılar:

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.