Nəsrullah mühüm fiqur idi, onu əvəzləmək…

Hizbullahın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün mühüm fiqur idi. Onu əvəz etmək çətin olacaq.

Viral.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu Yorkda “TRT Haber”ə açıqlamasında deyib.

“Bizim fikrimizcə, İsrail Livanda dayanmayacaq və Qəzzadakı müharibəni daha geniş bölgəyə yayacaq. ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, – o bildirib.

Son Yazılar:

Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan Hizbullah lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.