ABŞ Suriyada terrorçu qruplaşmalara qarşı endirdiyi zərbələr nəticəsində 37 yaraqlı öldürülüb.
Viral.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunur ki, İŞİD terror qruplaşması və “Hürrəs əd din” ekstremist qruplaşmasının bir neçə yüksək rütbəli komandiri ölülər siyahısındadır.
Son Yazılar:
- Gündəlik kofe içənlər DİQQƏTLƏ oxusun – Bağırsaq bakteriyalarının tərkibini dəyişdi
- Zelenski cəbhədəki son vəziyyəti AÇIQLADI
- Təcili yardım maşını piyadanı vurub ÖLDÜRDÜ
Bundan əvvəl, sentyabrın 16-da ABŞ ən azı 28 İŞİD yaraqlısını məhv edib, sentyabrın 24-də isə komandanlıq Suriyanın şimal-qərbinə aviazərbələr endirərək “Hürrəs əd din” qruplaşmasının liderlərindən biri də daxil olmaqla, 9 silahlını məhv edib. Avqustun 23-də isə ABŞ ordusu Suriyada “Hürrəs əd din”in liderlərindən olan Əbu Əbdürrəhman əl-Məkkini zərərsizləşdirib.