“Müəllimlərin hüquqları müdafiə olunmalıdır”.
Viral.az qafqazinfo.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı bildirib.
“Hərə bir telefon götürüb müəllimi çəkir. Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır”, – deyə, S.Novruzov bildirib.
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Parlamentari Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməsini də təklif edib:
“Bələdiyyə seçkiləri digərlərindən fərqlənməlidir. Yəni bir kəndin bələdiyyə seçkilərində dairə seçki komissiyası namizədlərdən prezident seçkilərində olduğu kimi eyni sənədləri tələb etməməlidir”, – deyə S.Novruzov bildirib.