“Azərbaycan Atabəyləri” filminin ilk anonsu yayımlandı

Uzun müddətdir gözlənilən “Azərbaycan Atabəyləri” 2 seriyalı bədii televiziya filmini tezliklə AzTV-nin efirində izləyə biləcəksiniz.

Azərbaycan Atabəyləri bədii-sənədli filmi kino üslubunda çəkilib, baş rollarında Zabit Səmədov, İlqar Mehti və Mehriban Zəkinin oynadığı, quruluşçu rejissoru Mecit Güven olan bu əsər, atabəylərin tarixi hekayəsini bizə təqdim edir. Film atabəylərin tarixindən, müdrik idarəçiliyinindən, cəsarətli mübarizələrindən və Azərbaycan dövlətinin necə qurulduğundan bəhs edir. Qara Sunqur və Şəmsəddin Eldəniz kimi tarixi şəxslərin Azərbaycan dövlətçiliyindəki rollarını daha dərindən anlamaq üçün bu film bədii-sənədli janrda çəkilib.

Viral.az “Azərbaycan Atabəyləri” 2 seriyalı bədii televiziya filminin anonsundan ilk görüntüləri təqdim edir:

Son Yazılar: