“Bolt”dan daha 11 şəhərin sakinləri də istifadə edə bilər

2024-cü ildə 9 ay ərzində gediş sifarişi xidməti Azərbaycanın daha 11 şəhərində təqdim edilib. İndi “Bolt” xidmətlərindən Naxçıvan, Lənkəran, Masallı, Şamaxı, Cəlilabad, Qazax, Quba, Şirvan, Yevlax, Xaçmaz və Qusar şəhərlərinin sakinləri də istifadə edə bilər.

Viral.az xəbər verir ki, Bu barədə “Bolt”un Azərbaycan təmsilçiliyindən məlumat verilib.

“Biz şəhərlərdə hərəkətin həm rahat, həm də təhlükəsiz olması üçün çalışırıq. Bolt hər gediş zamanı sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün daim çalışır, buna görə də biz platformamızın inkişafına sərmayə qoymağa, innovasiyalar etməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa davam edirik. Biz həmçinin yüksək səviyyədə təhlükəsizliyi və bütün yerli tələblərə uyğunluğu təmin etmək üçün yerli hakimiyyət orqanları və icmalarla fəal əməkdaşlıq edirik. Xidmətin yeni şəhərlərdə aktiv edilməsi şirkətin Azərbaycan əhalisinə ən yaxşı nəqliyyat həlləri təqdim etmək strategiyası üçün mühüm addımdır”, – deyə “Bolt Azərbaycan”ın əməliyyatlar üzrə meneceri İsa Rəhimli bildirib.

Son Yazılar:

Qeyd edək ki, gediş sifariş etmək üçün smartfona “Bolt” tətbiqini yükləmək laızmdır. //redaktor.az