İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
Son Yazılar:
- Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
- Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
- Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir – Canlı
“İndiki mərhələdə biz İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür”, – o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun nəticələri olacaq:
“Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik”.