Gəncə Dövlət Universiteti beynəlxalq reytinqə daxil edilib

Dünya universitetlərinin reytinqinin əks olunduğu Round University Ranking 2024-cü ilin nəticələri açıqlanıb. Son reytinq hesabatına görə Gəncə Dövlət Universiteti dünya universitetləri arasında qərarlaşıb.

 

Viral.az xəbər verir ki, reytinq cədvəlinə Azərbaycandan Gəncə Dövlət Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti (UNEC) , Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti də düşüb.

Son Yazılar:

 

Qeyd edək ki, Round University Ranking (RUR) RUR Rankings Agency tərəfindən nəşr olunan qlobal universitet reytinqidir. O, universitetləri tədris keyfiyyəti, tədqiqat fəaliyyəti, beynəlxalq müxtəliflik, maliyyə dayanıqlığı və ümumi akademik göstəricilər daxil olmaqla müxtəlif amillər əsasında qiymətləndirir.