Qalıqları 31 il sonra tapılan şəhidlə vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyitinin qalıqları Füzuli rayonu ərazisində tapılmış Məhəmmədov Abış Əsgər oğlu ilə vida mərasimi keçirilib.

 

Viral.az xəbər verir ki, Bakının Qaradağ rayonunda baş tutan mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son Yazılar:

 

Onun nəşi Qaradağ rayonundakı Qızıldaş Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Məhəmmədov Abış Əsgər oğlu 31 avqust 1993-cü ildə Qubadlı rayonunun Balasoltanlı kəndində itkin düşüb.