Sülhməramlıların Qarabağdan çıxarılması davam edir

Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması prosesi davam edir.

Viral.az xəbər verir ki, bu gün Qarabağı tərk edən Rusiya sülhməramlılarının növbəti hissəsi Laçın yolunda görünüb.

Sülhməramlılara məxsus hərbi yük maşınları Qarabağı tərk edib.

2023-ci ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq misiyanın fəaliyyətinə böyük ehtiyac qalmayıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.  // modern.az