Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət BİLDİRDİ

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz.

Viral.az APA-ya istinadən  xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən bildirib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin o qeyd edib ki, “İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz”.

Son Yazılar: