Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.
Mərkəzdən Viral.az–a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.
Həmçinin, 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Son Yazılar:
- "Yaşamaq istəyirdi, amma…" – Aktyorun xanımı
- Daha bir ölkə “TikTok”u QADAĞAN etmək İSTƏYİR
- ABŞ səhvən öz qırıcısını VURDU
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.