Bakıda 5 marşrut üzrə avtobusların hərəkət sxemi DƏYİŞDİRİLİR

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar oktyabrın 5-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Viral.az xəbər verir ki, məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Son Yazılar: