Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 4 Dairə Seçki Komissiyalarının (DSK) tərkibində dəyişiklik edilib.
Viral.az xəbər verir ki, 24 saylı Nizami birinci DSK-nın sədri Nizami Nəcəfov vəzifəsindən azad edilib.
Onun əvəzinə Fəridə Rzayeva təyin edilib. Qeyd edək ki, sözügedən dairədən Könül Nurullayev deputat seçilib. Seçkilərdən sonra dairənin 4, 6, 28, 31, 33 nömrəli seçki məntəqələrinin nəticələri ləğv edilib.
Son Yazılar:
- AZAL-ın təyyarəsi niyə qəzaya uğradı? – Nazirdən AÇIQLAMA
- Nazir qara qutunun tapıldığını bildirdi
- Kəmaləddin Heydərov yaralıların son vəziyyətini AÇIQLADI
İşdən çıxarılan digər DSK sədri Ruslan Hacıyevdir. O, 42 saylı Sumqayıt birinci DSK-ya sədrlik edirdi. Bu dairədən Hicran Hüseynova deputat seçilib. Seçkilərdən sonra dairənin 27 saylı məntəqəsinin nəticələri ləğv olunub.
82 saylı İmişli-Saatlı DSK-nın sədri Barat Xəlilov da işdən çıxarılıb. Səyyad Salahlının depuat seçildiyi dairənin 4 məntəqəsində seçki nəticələri ləğv edilib.
MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 83 saylı Beyləqan seçki dairəsinin tərkibində dəyişiklik edilib. Bu dairədən isə Şahin İsmayılov deputat seçilib (modern.az).