Alimlər sosis yeməklə mədə xərçəngi arasında təsir və əlaqənin olduğunu sübut ediblər.
Viral.az medicina.az-a istinadən xəbər verir ki, həkim terapevt İrina Baranova sosislərin xərçəngə səbəb olmasını açıqlayıb.
“Çoxsaylı elmi tədqiqatlar sübut edib ki, sosis yeməklə mədə və bağırsaq xərçəngi əlaqəlidir. Sosislərin tərkibində olan dadlandırıcılar, konservantlar və nitritlər sosisin emalı zamanı birləşərək kanserogen maddələr yaradır.
Son Yazılar:
- Balaəli məhkəməyə VERİLDİ
- Təyyarənin pilotu təqaüdə çıxmalıydı, amma bunu istəmirdi…
- Bakıda məşhur klinika cərimələnə BİLƏR
Çox sosis yeyənlərin öd kisəsində daş da yaranır.
Sosisin zərəri tərkibi ilə əlaqədardır:
1. Doymuş yağlar, transyağlar ödü qatılaşdırır
2. Lifin olmaması
3. Duzun və süni dadlandırıcı, rənglərin olması.
Çox sosis verilən uşaqların da öd problemi olur. Ailədə olan zərərli qida vərdişləri gələcək nəsli də məhv edir.
Fast fud qidalar, hamburgerlər şirin qazlı içkilərlə qəbul edildikdə, ümumiyyətlə, orqanizmi sıradan çıxarır”, – o bildirib.