ABŞ-İran danışıqlarının ikinci raundu növbəti, ikinci mərhələsi aprelin 19-da Omanda eyni səviyyədə baş tutacaq.
Viral.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.
“Danışıqların ikinci raundunun gələn həftə, şənbə günü baş tutacağı ilə bağlı razılıq əldə olunub. Hər şey eyni səviyyədə, həmçinin Omanda baş tutacaq, lakin bir az fərqli yerdə”, – o deyib.
Son Yazılar:
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
- Robert Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi
Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri tezliklə razılığa gəlməyə can atırlar və “danışıqlar naminə danışıqlar aparmaq istəmirlər”.