Azərbaycanın daha üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Viral.az-ın məlumatına görə, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (72 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal uğrunda görüşdə iştirak edəcəklər.
Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finalda uduzublar.
Son Yazılar:
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
- Robert Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi
Bu çəkilərdə mükafat uğrunda qarşılaşmalar sabah baş tutacaq.
Qeyd edək ki, bu gün dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. Eldəniz Əzizli (55 kq) finalda mübarizə aparacaq, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaq.