Aİ-nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə sözçüsü Azərbaycan xalqına başsağlığı verdi

Aİ-nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə sözçüsü Anouar El Anouni Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Viral.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – deyə o qeyd edib.

Son Yazılar: