Azərbaycanlı alimlərin beynəlxalq uğurları ilə bağlı yeni araşdırma aparılıb.
Viral.az xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev aparıblar.
Tarixçilər bildiriblər ki, 8 azərbaycanlıya “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Dağıstan Respublikası Prezidentinin Fərmanı (29 sentyabr 2011-ci il) e-dag.ru saytında yerləşdirilib:
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Amma bu sənəd Azərbaycan mediasında ilk dəfədir ki, tam şəkildə dərc edilir”.
Fərmanda qeyd edilir ki, Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdikləri böyük töhfələrə görə, Cəmil Əziz oğlu Əliyevə, Əhliman Tapdıq oğlu Əmiraslanova, Şəmsəddin Hümmət oğlu Hacıyevə, Mahmud Kərim oğlu Kərimova, Fikrət Fərrux oğlu Məmmədova, Misir Cumayıl oğlu Mərdanova, Yaqub Mikayıl oğlu Mahmudova, Arif Mir Cəlal oğlu Paşayevə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adı verilsin.