Dünən metronun “28 May” stansiyasında qatarın altına yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.
Viral.az xəbər verir ki, araşdırmalarla ölən şəxsin 1969-cu il təvəllüdlü Rövşən Qüdrət oğlu Abışov olduğu müəyyənləşib.
Belə ki, Şirvan şəhər sakini olan R.Abışov Bakıda işləyirmiş.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
Ölümün intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil.
Belə ki, görüntülərin araşdırılması zamanı R.Abışovun sərnişinlər arasında olduğu və qatar yaxınlaşarkən relslərin üzərinə qəfil yıxıldığı bəlli olub.
Qeyd edək ki, R.Abışovun stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarlar 17 dəqiqə yubanıb.
Xatırladaq ki, dünən Bakı metrosunda iki oxşar hadisə baş verib (sfera.az).