Sarkisyana bəraət verdiyi üçün işdən ÇIXARILDI

Ermənistan Ali Məhkəmə Şurası keçmiş prezident Serj Sarkisyanın məhkəmə prosesinə sədrlik edən hakim Vahe Misakyanın işinə xitam verib.

Viral.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin İrəvan birinci instansiya məhkəməsinin hakimi Vahe Misakyanın intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı vəsatətini təmin edib.

Xatırladaq ki, 2019-cu il dekabrın 4-də Ermənistan Xüsusi İstintaq Xidməti (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi) Sarkisyanı dövlət büdcəsindən yarım milyard dramın (1 milyon dollardan çox) oğurlanmasını təşkil etməkdə ittiham edib. Onun barəsində həbs qətimkan tədbiri seçilərək, ölkəni tərk etməmək barədə qərar çıxarılıb. Bu ilin mayın 31-də isə məhkəmə Sarkisyana cinayət sübutunun olmamasını əsas gətirərək bəraət verib.

Son Yazılar: