Qatarların pəncərəsindən zibil atanlar bu qədər cərimə ediləcək

Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.

Viral.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.

Son Yazılar:

Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.