“Regional medianın inkişafı” layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün seminar keçirildi

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən “Regional medianın inkişafı” layihəsi çərçivəsində Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Bununla yanaşı, 60-a yaxın region gəncinin iştirakı ilə keçirilən təlimdə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində Agentliyin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva Naxçıvanda fəaliyyət göstərən 40-dan çox dövlət orqan və qurumunun ictimaiyyətlə əlaqələrə məsul nümayəndələri üçün  “Strateji kommunikasiya: Əsas prinsiplər və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.

Son Yazılar: