Lənkəranda doğulan kimi ölən körpə meyxanaçının övladı imiş

Meyxanaçı Oruc Bayramsəsin (Oruc Lənkəranlı) ailəsində faciə baş verib.

 

Viral.az Lent.az-a istinadən xəbər verir ki, onun Lənkəran Perinatal Mərkəzində doğulmuş körpəsi həyatını itirib.

Son Yazılar:

 

Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Uşaq qeysəriyyə əməliyyatı zamanı ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

**

14:52

 

Lənkəran Perinatal Mərkəzində körpə ölümü baş verib.

 

Viral.az xəbər verir ki, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.

 

Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Körpə qeysəriyyə əməliyyatı zamanı ölüb.

 

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.